Xəbərlər

İran Makronun bəyanatını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Fransa prezidenti Emmanuel Makronun Ukrayna böhranında İslam Respublikasının rolu ilə bağlı açıqlamalarını tənqid edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı İran İslam Respublikasının prinsipial mövqeyini xatırladan Bəqayi İranın Ukraynadakı münaqişəyə müdaxiləsi ilə bağlı növbəti bəyanatı rədd edib və vurğulayıb ki, bu cür məsuliyyətsiz ittihamlar faktların təhrif edilməsidir”, – bəyənatda bildirilib.