İran prezidenti Məsud Pezeşkian Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və icrası məcburidir.
Qeyd edək ki, iyunun 25-də İran parlamentinin üzvləri İslam Respublikasının MAQATE ilə əməkdaşlığını dayandıran qanun layihəsinin mətnini təsdiqləyiblər. İyunun 26-da isə İran Keşikçilər Şurası qanun layihəsini təsdiqləyib.