“İran çərşənbə axşamı İsrailə endirdiyi zərbələr zamanı yeni raketlərindən istifadə edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
“Silahlı Qüvvələrin bu gün İsrailə hücumu zamanı yeni raketdən istifadə edilib. Sionist rejimin qeyd etdiyi kimi onlar raketi əvvəlcədən izləyə bilməyiblər. Yalnız hədəf vurulduqdan sonra bunun fərqinə varıblar”, – məlumatda qeyd olunub.



