“İran neft emalı zavodlarına İsrailin hücumu halında, İsrail və müttəfiqlərinin neft obyektlərini özünün qanuni hədəfi hesab edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası parlamentinin üzvü Məhəmməd Rza Səbaqian Bafqi deyib.
“Əgər sionistlər İranın neft obyektlərinə hücum edərlərsə, bizim cavabımız daha güclü olacaq. Düşmənlərin İranın enerji təhlükəsizliyini zəiflətmək cəhdləri bu dəfə İsrailin və onun müttəfiqlərinin bütün neft obyektlərinə cavabla nəticələnəcək, İsrail rejimi bizim üçün qanuni hədəfə çevriləcək”, – deputat bildirib.