Xəbərlər

İran nümayəndə heyəti Pakistana səfər edib

İranın ticarət, sənaye və mineral sərvətlər naziri Məhəmməd Atabakın başçılıq etdiyi nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirak etmək üçün Pakistana səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əvvəlcə İran nümayəndə heyətinə ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arefin rəhbərlik edəcəyi gözlənilirdi. Lakin sonradan qərar dəyişib.