Xəbərlər

İran nüvə proqramı ilə bağlı Qərblə danışıqlara hazırdır

“İran nüvə proqramı ilə bağlı Qərblə dərhal konstruktiv danışıqlara başlamağa hazırdır, lakin onlar razılığa gəlməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Çinin CCTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, vaxtilə ABŞ-ın nüvə sazişindən çıxması strateji səhv idi. Bu gün Tehran əvvəlki ilə eyni düstur – Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), yəni sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramına etimadın artırılması üzrə danışıqlara hazırdır.

“ABŞ-a gəlincə, yeni hökumət öz siyasətini formalaşdırmalıdır və Tehran buna əsasən qərarlar verəcək”, – deyə nazir vurğulayıb.