“İran nüvə sənayesini inkişaf etdirəcək və bu prosesi heç vaxt dayandırmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi deyib.
“Onlar bilməlidirlər ki, ölkəmizdə nüvə sənayesi çox inkişaf edib, onu məhv edə bilməzlər. Bizim malik olduğumuz imkanları nəzərə alsaq, bu sahənin inkişafı davam edəcək və dayanmayacaq”, – Kamalvəndi əlavə edib.