Xəbərlər

İran paytaxtı Tehrandan köçürmək üçün plan hazırlamağa başlayıb

İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam Respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İSNA” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Pezeşkian planın hazırlanmasına məsul vəzifəni birinci müavini Məhəmməd Rza Arefə həvalə edib.

“Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər”, – Prezident qeyd edib.