İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan helikopter qəzasında həlak olublar.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Qeyd edilib ki, 15 saatlıq işdən sonra vertolyotun qalıqlarına çatılıb. Qəzada həyatını itirənlər arasında İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbriz valisi Malik Rəhməti və İran lideri Xameneinin Təbriz nümayəndəsi Məhəmməd Əli Əl-i Haşimi var.
Qəzada Reisinin helikopterində olan İnqilab Keşikçiləri Ordusundan 2 yüksək rütbəli hərbçi və 3 ekipaj üzvü də həyatını itirib.
Qəza dünən Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən qayıdarkən baş verib. Hələlik səbəblər açıqlanmır, ancaq hava şəraiti axtarış-xilasetmə qruplarının işində çətinlik yaradıb.