Xəbərlər

İran prezidenti Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək

İran prezidenti İbrahim Rəisi Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək və İran tərəfi onun iştirakını təmin etmək üçün hər cür səy göstərir.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali “Rusiya – İslam Dünyası: KazanForum” forumunda jurnalistlərə bildirib.

“Bəli, biz təsdiq etdik ki, İran prezidenti İbrahim Rəisi mütləq bu sammitdə iştirak edəcək”, – deyə səfir deyib.

Səfir qeyd edib ki, 2024-cü ilin ilk aylarında, BRİCS-ə daxil olduqdan sonra İran ən yüksək səviyyədə bütün görüşlərdə fəal iştirak edib: “Biz bu məsələyə ciddi yanaşırıq və ən yüksək səviyyədə iştirak etməyə davam edəcəyik”.