Xəbərlər

İran prezidenti: Tehran heç vaxt Trampa qarşı sui-qəsd cəhdlərini dəstəkləməyib

“İran hakimiyyəti ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini heç vaxt dəstəkləməyib”.

“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Bunlar İsrailin Baş naziri Benyamin Netanyahunun sizin (ABŞ nəzərdə tutulur – red.) xalqınıza və ya prezidentinizə inandırmağa çalışdığı təlqinlərdir, lakin bu, doğru deyil”, – Pezeşkian məsələ ilə bağlı suala cavab olaraq deyib.