Xəbərlər

İran: Qafqaza yük daşımaq üçün Çabahar dəmir yolunun inşası tamamlanacaq

“Hökumət Çabahar dəmir yolu layihəsinin başa çatdırılması və ölkənin dəmir yolu şəbəkəsinə qoşulması üçün böyük səylər göstərir”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaim Pənahi deyib.

“Dəmir yolu yaxın vaxtlarda beynəlxalq dəhlizlərə qoşulacaq. Bu marşrutun milli dəmir yolu şəbəkəsinə qoşulması beynəlxalq dəhlizin yaradılmasının əsasını qoyacaq. Bu marşrut Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaz, Rusiya və Avropaya lazımi yüklərin daşınmasına imkan yaradacaq ki, bu da İranın regional və qlobal ticarətdə rolunu gücləndirəcək”, – o bildirib.