İran Qəzzada qarşıdurmanın artmasında Qərb ölkələrini günahlandırıb.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Əgər Təl-Əvivin qərbli müttəfiqləri Qəzza zolağında gərginliyin inkişafına və rejimin cinayət əməlləri törətməsinə mane olmasalar, o zaman onlar cinayət ortağı sayılacaq və bu hərəkətlərinə görə cavab verməli olacaqlar”, – Əraqçi bildirib.