Xəbərlər

İran quraqlıq səbəbindən bulud peyvəndinə cəhd edəcək

İran son 50 ilin ən şiddətli quraqlığı ilə mübarizə aparmaq üçün Urmiya gölü hövzəsində bulud peyvəndi işlərinə başlayıb. Yağyaıntıların uzunmüddətli orta göstərici ilə müqayisədə 89% azalması ilə ölkədəki bəndlərin səviyyəsi kritik səviyyəyə düşüb və su istehlakında yeni məhdudiyyətlər gündəmə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İRNA” məlumat yayıb.

Belə ki, ilk cəhd İranın ən böyük, lakin yüksək ölçüdə quru gölü olan Urmiya gölü hövzəsində həyata keçirilib. Qeyd edilib ki, Şərqi və Qərbi Azərbaycan vilayətlərində də səylər davam etdiriləcək.