İran hakimiyyətinin Almaniyanın Tehrandakı səfirliyində Alman Dilinin Öyrənilməsi İnstitutunu bağlamaq qərarı ilə əlaqədar İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya XİN-i məlumat verib.
“Biz İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dilinin Öyrənilməsi İnstitutuna qarşı hərəkətlərini qəti şəkildə pisləyirik”, – məlumatda bildirilib.