Xəbərlər

İran səfiri: Rusiya ilə razılaşma Moskvanın KXDR və Belarusla müqavilələri ilə eyni deyil

“Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi Rusiyanın Koreya Xalq Demokratik Respublikası (KXDR) və Belarusla qarşılıqlı müdafiə barədə razılaşmalarını ehtiva edən ayrı-ayrı sazişlərindən fərqlənir”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

“Bizim müqavilənin mahiyyəti fərqlidir. Onlar isə bizim xüsusi olaraq toxunmadığımız bir sıra sahələrdə tərəfdaşlıq əlaqələri qurublar. Ölkələrimizin müstəqilliyi və təhlükəsizliyi, eləcə də bir-birinə güvənməsi son dərəcə vacibdir”, – İranlı diplomat qeyd edib.