“Tehran İsrailin Yaxın Şərq regionunda növbəti böhran yaratmasına icazə verməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a bildirib.
“İsrail rejimi illüziyalar dünyasında yaşayır, bu rejim bütün humanitar və beynəlxalq normaları pozur, bu davranışa son qoymalıyıq”, – diplomat bildirib.
Səfirin sözlərinə görə, bu kontekstdə Qərb ölkələrinin davranışı təəccüb doğurur: “Qərb ölkələri Qəzza zolağında baş verən soyqırıma susur, Livan və Suriyadakı hücumlara və qətllərə cavab vermir, diplomatik mərkəzlərə hücumlara və rejimin törətdiyi qətllərə məhəl qoymurlar, lakin yekdilliklə İranın qanuni müdafiəsini pisləyirlər. Region ölkələri bu vəziyyətdən narahatdırlar”.