“Tehranla Moskva arasında strateji ittifaqın bağlanması üçüncü ölkələrə qarşı deyil, həm də Ermənistanın maraqlarını nəzərə alır”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani ölkənin İrəvandakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.
“Bu sənəd heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Üstəlik, burada Ermənistanın maraqları da nəzərə alınıb. Bu sənəd Yaxın Şərqdə, Cənubi Qafqazda, Avrasiya İqtisadi İttifaqı çərçivəsində və s. əməkdaşlığın dərinləşdirilməsinə yönəlib”, – İran diplomatik missiyasının rəhbəri əlavə edib.
Qeyd edək ki, Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi yanvarın 17-də Moskvada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb. Sənəd uzunmüddətli perspektivdə Moskva ilə Tehran arasında əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir. Müqavilə Rusiya və İranın strateji tərəfdaş statusunu müəyyən edir və müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.