Xəbərlər

İran: Sinvarın ölümü Fələstinin müqavimətini gücləndirəcək

“HƏMAS hərəkatının Siyasi Büro rəhbəri Yəhya Sinvarın öldürülməsi yalnız Fələstinin müqavimətini gücləndirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

“Müqavimət ruhu güclənəcək. Sinvar Fələstinin azad edilməsi istiqamətində onun yolunu davam etdirəcək gənclər və uşaqlar üçün nümunə olacaq. Nə qədər ki, təcavüz və işğal var, o qədər də müqavimət davam edəcək”, – məlumatda bildirilib.