Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.
“Füyuzat”ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.
“Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri – bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir”, – dövlət başçısı vurğulayıb.



