Xəbərlər

İran: Tramp Tehrana qarşı təhdid siyasətini həyata keçirə bilməyəcək

“ABŞ prezidenti Donald Trampın İrana qarşı təhdidlərinin heç bir təsiri olmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Purdestan deyib.

“Trampın təhdidlərinin praktiki təsiri yoxdur və həyata keçirilməyəcək. İran Silahlı Qüvvələri maksimum döyüş hazırlığı vəziyyətindədir və düşməni izləyərkən lazımi müdafiə tədbirləri həyata keçirir. Birləşmiş Ştatlar indi tənəzzül vəziyyətindədir, müxtəlif çağırışlarla mübarizə aparır və hətta müttəfiqləri və qonşuları ilə, məsələn, Kanada ilə də münaqişədədir”, – Purdestan qeyd edib.