“İran ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, dinc məqsədli nüvə proqramının inkişafına sərmayə qoymağa davam edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib.
“İran nüvə silahı əldə etməyə can atmır, lakin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək üçün sərmayə qoymağa davam etmək niyyətindədir. Dəfələrlə qeyd olunduğu kimi, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və onun bu sahədəki siyasəti son dərəcə şəffafdır, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei müəyyənləşdirir”, – o qeyd edib.



