Xəbərlər

İran üç günlük matəm elan edib

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda iyulun 31-dən avqustun 2-dək ümumi matəm elan edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası Nazirlər Kabineti bildirib.

“İran İslam Respublikası hökuməti Fələstin xalqına, Haniyənin ailə üzvlərinə başsağlığı verərək, çərşənbə, cümə axşamı və cümə günləri bütün İranda ümumi matəm elan edir”, – Nazirlər Kabinetinin bəyanatında qeyd olunub.