Vaşinqton və Tehran aprelin 12-də Omanda dolayı danışıqlar aparacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
“İran və ABŞ yüksək səviyyəli danışıqlar üçün şənbə günü Omanda görüşəcək. Bu, təkcə fürsət deyil, həm də sınaqdır”, – Əraqçi qeyd edib.



