İran İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri Ərdəbil əyalətinin Aslandüz rayonunda “Birgə Araz Təlimi” adlı 4 günlük hərbi təlimə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Təlimin məqsədinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, qanunsuz silahlı təşkilatlara qarşı birgə mübarizə, sərhəd təhlükəsizliyinin artırılması və hərbi potensialın təkmilləşdirilməsi olduğu açıqlanıb.