“Tehran və Pekin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini pisləyir. İran İsrailə cavab vermək üçün mütləq qanuni hüququndan istifadə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığında bildirib.
“Biz İsrailin Qəzza zolağından kənarda gərginliyin artmasına səbəb olan hərəkətlərini – Livanda, Yəməndə təhlükəli təxribatları, habelə Tehranda Həniyənin qətlini müzakirə etdik”, – Baqeri Kani qeyd edib.
“Tərəflər Haniyyənin qətlini kəskin şəkildə pisləyir və İsrailin təcavüzünə son qoymaq və Qəzza zolağında dərhal atəşkəs yaratmaq üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyi ilə bağlı ortaq mövqeni bölüşür”, – o əlavə edib.