Xəbərlər

İran və Ermənistanın xarici işlər nazirləri telefonla danışıb

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həftə ərzində ikinci dəfə telefonla danışıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

“Nazirlər telefon danışığında gündəmdəki mövzulara, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə toxunub”, – Mirzoyan bildirib.

Qeyd edək ki, bundan əvvəlki söhbət noyabrın 14-də olub.