Xəbərlər

İran və İraq Suriyadakı böhranın həlli üçün koordinasiyanı gücləndirəcək

İran və İraq Suriyadakı vəziyyətlə bağlı mövqelərini əlaqələndirmək üçün təmasları davam etdirəcəklər.

“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İraq prezidenti Əbdüllətif Rəşidlə danışıqlardan sonra deyib.

Əraqçinin sözlərinə görə, tərəflər Suriya məsələsində “koordinasiyanı gücləndirmək üçün” əlavə məsləhətləşmələr aparmağa razılaşıblar: “Məqsədimiz Suriyaya həm hökumət, həm də xalq səviyyəsində dəstək vermək üçün koordinasiyanı gücləndirməkdir”.

Nazir İranın “Suriyaya istənilən formada dəstək verməyə” hazır olduğunu vurğulayıb.

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bir müddət əvvəl bildirmişdi ki, Dəməşq xahiş edərsə, Tehran rejimə dəstək məqsədilə Suriyaya öz qoşunlarını göndərməyi nəzərdən keçirə bilər.