İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Bazar günü iki dövlətin siyasi xadimləri ikitərəfli əlaqələr, Əfqanıstandakı vəziyyət, regional və beynəlxalq hadisələr də daxil olmaqla bir sıra mövzuları müzakirə ediblər. Onlar ikitərəfli əlaqələrin son vəziyyətini nəzərdən keçirərək, iki qonşu müsəlman ölkəsi arasında əməkdaşlığın genişləndirilməsi üçün yüksək səviyyəli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Əraqçi pakistanlı həmkarına İran və ABŞ arasında davam edən dolayı danışıqlarda son hadisələr haqqında məlumat verib”, – agentlikdən bildirilib.



