Xəbərlər

İran və Rusiya arasında tərəfdaşlıq sazişi 47 maddədən ibarət olacaq

“Moskva və Tehran arasında imzalanması planlaşdırılan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali deyib.

“Bu müqavilə 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”, – Cəlali İran dövlət televiziyası və radiosuna bildirib.