Xəbərlər

İran və Rusiya Xəzər dənizində birgə təlim keçirəcək

Bu gün Rusiya və İran hərbi dəniz qüvvələri Xəzərdə “Xəzər dənizi-2025” (CASAREX 2025) kimi tanınan birləşmiş dəniz axtarış-xilasetmə təlimi keçirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edək ki, təlim üç gün davam edəcək.

“Təhlükəsiz Xəzər dənizi naminə birlikdə” şüarı ilə keçiriləcək təlimə İran ordusu və İnqilab Keşikçiləri Korpusunun dəniz bölmələri, İran Təhlükəsizlik Təşkilatı, Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri və Xəzər dənizi ilə həmsərhəd ölkələrdən müşahidəçilər qatılacaq.

Təlimin məqsədi regional dəniz təhlükəsizliyini artırmaq və sahilyanı ölkələr arasında dəniz əməkdaşlığını gücləndirməkdir.