Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə məruz qaldığı hadisədən sonra İran tərəfi BMT-yə üzv olan bütün ölkələri İsrailin siyasətinə qarşı vahid cəbhədə birləşməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani açıqlamasında bildirib.
“İran BMT-yə üzv olan bütün dövlətləri öz hüquqi və mənəvi məsuliyyətlərini yerinə yetirməyə və işğal altındakı Fələstində soyqırım siyasətini davam etdirən işğalçı və irqçi rejimin qanunsuz davranışlarına qarşı birləşməyə çağırıb”, – Əli Baqiri qeyd edib.