Xəbərlər

İran XİN-i ABŞ-la razılaşmanın şərtlərini açıqlayıb

“Vaşinqtonun tək tələbi Tehranın nüvə silahı istehsalını dayandırması olsa, ABŞ və İran Oman danışıqlarında asanlıqla razılığa gələ bilər”.

“Füyuzat”ın məlumatına məlumatına, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi mətbuata müsahibəsində bildirib.

“Amerikalılar deyirlər ki, İranın nüvə silahı olmamalıdır. Biz təkidlə təkrar edirik ki, nüvə silahı bizim üçün maraqlı deyil. Ona görə də amerikalıların yeganə tələbi İranın nüvə silahına malik olmamasıdırsa, bizim yeni razılaşma əldə etmək imkanımız olacaq. Lakin əgər kimsə danışıqlara başqa şeylər qatmaq və bununla da işi çətinləşdirmək istəsə, biz razılığa gələ bilməyəcəyik”, – Taxt-Rəvançi qeyd edib.