Xəbərlər

İran XİN-i Netanyahunun çıxışını rüsvayçılıq adlandırıb

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını biabırçılıq adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Qəzza zolağında və İordan çayının qərb sahilində fələstinlilərin təbii hüquqları, o cümlədən yaşamaq, təhlükəsizlik, su, qida, dərman, tibbi yardım almaq hüququ bütün dünya ictimaiyyətinin gözü qarşısında ən dəhşətli şəkildə pozulur. Hər gün fələstinli uşaqlar ölümə tərk edilir və bütün cinayətlər qarşısında Amerika hökuməti, bu cəlladı müsbət şəkildə qarşılayır”, – Nasser Kənani bildirib.