Xəbərlər

İran XİN: İsrailin zərbələri ABŞ-ın məlumatı və koordinasiyası olmadan reallaşa bilməzdi

“İsrailin İrana zərbələri ABŞ-ın xəbəri və koordinasiyası olmadan həyata keçirilə bilməzdi”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) dərc olunmuş bəyanatında qeyd olunub.

“İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətləri ABŞ-ın koordinasiyası və icazəsi olmadan həyata keçirilə bilməzdi. Buna uyğun olaraq, rejimin əsas dəstəkçisi olan ABŞ hökuməti də bu avantüranın təhlükəli nəticələrinə görə məsuliyyət daşıyacaq”, – bəyənatda bildirilib.