Xəbərlər

İran XİN rəhbəri Xameneinin mesajını Putinə çatdıracaq

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə İranın ali dini lideri Ayətullah Əli Xamenein mesajını çatdırmağı planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Əraqçi jurnalistlərə müsahibəsində deyib.

“Mənim məqsədim Ali Rəhbərin Rusiya prezidenti ilə görüşüm zamanı onun yazılı mesajını prezidentə çatdırmaqdır”, – Əraqçi qeyd edib.