“Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
“İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsi ticarət-iqtisadiyyat, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləridir. Bu saziş mövcud sazişi münasibətlər və prinsiplər əsasında yeniləyəcək və tamamlayacaq”, – Bəqayi əlavə edib.