Xəbərlər

İran Yaxın Şərqlə bağlı Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir

“İran Yaxın Şərq regionunda vəziyyətlə bağlı açıq debatda BMT Təhlükəsizlik Şurasında Rusiya ilə sıx əməkdaşlıq etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani söyləyib.

“Biz çərşənbə günü keçiriləcək Fələstin məsələsi üzrə BMT Təhlükəsizlik Şurasının iclası zamanı əməkdaşlıq etməyi planlaşdırırıq”, – Əli Baqeri qeyd edib.

“İran və Rusiya iki qonşu ölkədir. Bizim əlaqələrimiz müxtəlif istiqamətlərdə yaxşı inkişaf tempinə malikdir. Buna görə də həm regional, həm də qlobal səviyyədə problemləri müzakirə etmək üçün hər zaman bir-birimizlə məsləhətləşməyə ehtiyac duyuruq”, – Baqeri Kani bildirib.