Almaniyanın Tehrandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Alman Dilinin Öyrənilməsi İnstitutu İslam Respublikası qanunvericiliyinin sistematik şəkildə pozulmasına və maliyyə fırıldaqlarına görə İran hakimiyyətinin qərarı ilə bağlanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran məhkəməsi məlumat yayıb.
“Məhkəmə Almaniya hökuməti ilə əlaqəli, ölkə qanunvericiliyini pozan, çoxsaylı qanunsuz hərəkətlər edən və külli miqdarda maliyyə fırıldaqları həyata keçirən iki qeyri-qanuni mərkəzin filialının bağlanması haqqında qərar çıxarıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl iyulun 24-də Almaniya Daxili İşlər Nazirliyi Hamburqdakı İslam Mərkəzini və onun filiallarını qadağan edərək, qurumu konstitusiyaya zidd məqsədlər güdən ekstremist təşkilat adlandırıb.