Xəbərlər

İranda Haniyənin dəfn mərasimi keçirilib

İranda sui-qəsd nəticəsində həlak olan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi keçirilib. Tehranda keçirilən dəfn mərasimində İran Prezidenti Məsud Pezeşkian, eləcə də yüksək səviyyəli mülki və hərbi rəsmilər iştirak edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, İranın ruhani lideri Əli Xamenei Tehran Universitetinin kampusunda cənazə namazı qılıb.