Xəbərlər

İranda İŞİD-in 14 yaraqlısı saxlanılıb

İranın Kəşfiyyat Nazirliyi özünü İŞİD qruplaşmasının Vilayət Xorasan qolunun üzvü hesab edən 14 terrorçunun saxlanılması barədə məlumat yayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə IRIB telekanalı İran kəşfiyyatına istinadən yazıb.

“Tehran, Əlborz, Fars və Xuzistan əyalətlərinin ümumi kəşfiyyat idarələrinin əməkdaşları ölkənin kəşfiyyat ictimaiyyəti ilə razılaşdırılmış əməliyyatlar zamanı amerikalıların başçılıq etdiyi qrupdan 14 nəfəri məhkəmənin qərarı ilə aşkar edib və saxlayıblar”, – deyə məlumatda qeyd edilib.

Departament qeyd edib ki, saxlanılan şəxslər son bir neçə gün ərzində ölkəyə qanunsuz daxil olub və terror aktları törətmək niyyətində olublar. Silahlıların yarısı respublikanın cənubundakı Fars vilayətində saxlanılıb.

İyulun 24-də İranın kəşfiyyat naziri İsmail Xətib İŞİD-in iki liderini və daha 10 terrorçunu yaxaladıqlarını bildirib.