Xəbər verdiyimiz kimi, gecə saatlarında İsrail ordusu İrandakı hədəflərə zərbələr endirib. Zərbələr nəticəsində İranın nüvə istehsalı müəssisələri vurulub, eyni zamanda, bir sıra yüksək çinli məmur və generallar öldürülüb.
“Füyuzat”ın məlumatına görə, yerli və beynəlxalq media ölənlərin adlarını yayımlayıb.
- Baş Qərargah rəisi Məhəmməd Baqiri.
- SEPAH komandiri Hüseyn Salami.
- SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.
- İranın Ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani.
- İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi.
- İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid.
- Nüvə fizikası – İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci.



