Xəbərlər

İranda İsrailin xeyrinə casusluq etdiyinə görə bir nəfər edam edilib

İranda İsrailin Xarici Kəşfiyyat Xidməti “Mossad”a işləməkdə ittiham olunan şəxs edam edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, İsmayıl Fikri adlı iranlı “Mossad”a casusluq etmək”də təqsirli bilinib.

Bildirilib ki, “Mossad” agentləri ilə əlaqədə olmaqda ittiham olunan Fikri 2024-cü ilin dekabrında saxlanılıb və bu gün səhər saatlarında edam edilib.

Ötən həftələrdə İranda İsrailə casusluqda ittiham olunan daha iki nəfər edam edilib.