İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində 51 nəfər ölüb.
“Füyuzat”ın məlumatına görə, partlayış ölkənin kömür tələbatının 76 faizini ödəyən mədəndə metan qazının tutulması nəticəsində baş verib.
Hadisə nəticəsində 20 nəfər yaralanıb.
Cənubi Xorasan valisi Cavad Genaat partlayışın mədənin B və C bloklarında baş verdiyini və iki blokda ümumilikdə 69 nəfərin işlədiyini bildirib.