Xəbərlər

İranda metan qazının partlaması nəticəsində ölənlərin sayı 38-ə çatıb

İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində həyatını itirənlərin sayı 38-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran dövlət televiziyasına danışan Cənubi Xorasan valisi Cavad Kanaat dünən gecə Tebes rayonundakı Madencu Kömür Mədənində baş verən qəza ilə bağlı son məlumatıları şərh edib.

“Ölənlərin sayı 38-ə yüksəldi. Hadisə yerində olan və əlaqə saxlaya bilmədiyimiz 14 nəfərlə bağlı axtarış-xilasetmə işləri davam edir”, – Kanaat bildirib.

Qeyd edək ki, ötən gecə ölkənin şərqində Cənubi Xorasan əyalətinin Tebes rayonunda kömür mədəninin iki blokunda metan qazı partlayışı baş verib.