Oktyabrın 3-ü səhər saatlarına qədər İran boyu uçuşlar təhlükəsizlik səbəbilə təxirə salınıb.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazarlou deyib.
“Təhlükəsizliyi təmin etmək və regiondakı mövcud şəraitlə əlaqədar olaraq, sabah səhər saat 05:00-a (Bakı vaxtı ilə 05:30) qədər ölkə üzrə bütün uçuşlar ləğv edilib”, – Yazarlou qeyd edib.