“İsrail İrana gecə hücumu həyata keçirməklə bütün qırmızı xətləri keçib. İndi Tehranın cavab zərbəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.
“İndi Qüdsü işğal edən terrorçu rejim bütün qırmızı xətləri keçib, bu cinayətə cavab vermək üçün heç bir məhdudiyyət qalmayıb və ilahi qisas terrorçu rejim və onun havadarlarını cəzalandıracaq”, – bəyənatda qeyd edilib.



