“İran hakimiyyəti yeni Vaşinqton administrasiyası öz siyasətini aydın şəkildə inkişaf etdirməyincə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dialoq aparmaq niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed”ə müsahibəsində deyib.
“Hazırda biz dialoqa girmək niyyətində deyilik, çünki belə bir dialoq üçün heç bir əsas yoxdur. Biz gözləməliyik ki, Amerikanın yeni administrasiyası öz siyasətini necə formalaşdıracaq və həyata keçirəcək, sonra biz öz siyasətimizi formalaşdıracağıq”, – Əraqçi müvafiq sualı cavablandırarkən deyib.