Xəbərlər

İranın XİN rəhbəri Türkiyəyə səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqə səfəri çərçivəsində növbəti görüşləri üçün Türkiyəyə səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb.

Nazirin burada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək və onunla Suriyadakı vəziyyəti müzakirə etmək niyyətində olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Əraqçi Suriyaya səfər edib və orada Suriya prezidenti Bəşər Əsədlə görüşüb.