Xəbərlər

İranlı deputat: Nüvə doktrinasının dəyişdirilməsi ölkənin maraqlarına ziddir

“İranın nüvə doktrinasına dəyişiklik edilməsi ilə bağlı istənilən təkliflər İslam Respublikasının maraqlarına ziddir və ölkəyə yalnız xarici təzyiqləri artırır”.

“Füyuzat”ın məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd deyib.

“Nüvə doktrinasında dəyişikliklər ən yüksək səviyyədə, hətta parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsində deyil, Ali dini lider Əli Xamenei səviyyəsində ola bilər. Bilmirəm, bunu edənlər hansı məqsəd güdürlər, amma onlar ya xəbərsizdirlər, ya da İrana daha çox təzyiq göstərmək istəyirlər. İrandakı vəziyyəti izləyən xarici dövlətlər bu kimi məsələlərin ən yüksək səviyyədə həll olunduğunu bilsələr də, İran rəsmilərinin fikirlərindən təbliğat məqsədilə istifadə edə bilərlər”, – Zöhrəvənd qeyd edib.